1 ayın ümumi ixracı – 1,8 milyard dollar

post-img

Cari ilin ilk ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon dollar təşkil edib. 

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın fevral sayının ilkin rəqəmlərinə əsasən, yanvar ayında ye­yinti məhsulları üzrə ixrac ötən ilin mü­vafiq dövrü ilə müqayisədə 9,5 faiz ar­taraq 70,4 milyon dollara, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon dollara bərabər olub.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz, alüminium və ondan hazırlanmış mə­mulatların ixracı isə 17,4 faiz artıb.

Nəşrin məlumatına görə, ötən ay aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon dollar təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsin­də əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə 15,4 milyon dollar olub.

XQ

İqtisadiyyat