Sığorta yığımları və ödənişləri artıb

post-img

Azərbaycanda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar və ödənişlər artıb. Mərkəzi Bankın hesabatına əsasən, 2023-cü ildə bu növ sığorta üzrə yığımlar 12 milyon 943 min manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 3 milyon 734 min manat və ya 40,6 faiz çoxdur. Xatırladaq ki, 2022-ci ildə bu göstərici 9 milyon 209 min manat təşkil edib.

Hesabatdan aydın olur ki, ötən il kənd təsərrüfatı bitkiləri məhsullarına görə sığorta ödənişləri 3 milyon 495 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 815 min manat və ya 2 dəfə çoxdur. Belə ki, 2022-ci ildə 1 milyon 680 min manat sığorta ödənişləri edilib. 

XQ

İqtisadiyyat