Sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi

post-img

Sahibkarlığın İnkişafı Fondunda “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” üzrə “Elektron kredit və zəmanət” informasiya sisteminin təqdimatı keçirilib. 

Fondun İdarə Heyətinin sədri Osman Xaliyev tədbirdə qeyd edib ki, fevralın 1-dən etibarən Azərbaycanın düşməndən təmizlənən ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb. Belə ki, sa­hibkarlar “e-gov” portalı və “edf.gov.az” saytı üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qey­diyyatdan keçərək mexanizmdən ya­rarlanmaq üçün müraciət edə bilərlər.

Mexanizm çərçivəsində bu ərazilər­də investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manata­dək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti ve­rilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddəti­nin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

XQ

İqtisadiyyat