ASCO-nun zavodlarında ötən il 103 gəmi təmir olunub

post-img

2023-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi, həmçinin və “Bibiheybət” Gəmi Təmiri zavodlarında,   ümumilikdə, 103 müxtəlif tipli gəmi təmir olunub.

ASCO-nun bu barədə yaydığı məlumata görə, təmir olunan gəmilərdən 27-si “Zığ”, 76-sı isə “Bibiheybət” müəssisələrinin payına düşüb.

Ötən il “Zığ” zavodunda təmirə dayanan gəmilərdən 7-si əsaslı, 11-i tərsanə, 9-u  isə cari təmir edilib. “Bibiheybət” müəssisəsində isə təmirə dayanan gəmilərdən 17-si əsaslı, 42-si tərsanə, 17-si isə cari təmir olunub. Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

ASCO-nun zavodlarının əsas fəaliyyət istiqaməti gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında gəmilər üçün müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.

XQ

 

İqtisadiyyat