Bakı Fond Birjasında “AzerGold” QSC-nin yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

post-img

Yanvarın 10-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20 milyon ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən verilən məlumata görə, yanvarın 29-da QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi BFB-da rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini

BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı”  bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

İqtisadiyyat