“Şahdəniz”də yeni kəşfiyyat

post-img

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağındakı “SDX-8” kəşfiyyat quyusunun qazılması üzrə nəzərdə tutulmuş 7 min metrlik ümumi layihə dərinliyinə nail olunub. Bu barədə “BP Azərbaycan” şirkətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, daha son­ra yerdə qalan quyu işləri başa çatdırı­lacaq və əldə edilmiş məlumatlar proq­nozlaşdırılacaq. Bu işlərin isə bir neçə ay ərzində başa çatdırılması nəzərdə tutulur. 

Xatırladaq ki, BP “Şahdəniz” pers­pektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş çərçivəsində müqavilə ərazisində yeni “SDX-8” kəşfiyyat quyusunun qazılması­na ötən il yanvarın 23-də başlanıb. Quyu 2022-ci ilin dekabrında “Şahdəniz” yata­ğının şərq cinahında, SDX-8 quyusunun ərazisində yerləşdirilən Heydər Əliyev adına yarımdalma qazma qurğusundan istifadə edilməklə qazılıb.

Yeri gəlmişkən, “Şahdəniz”in təs­diqlənmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olaraq qiymətləndirilir. “Şahdəniz" layihəsinin iş­tirakçıları isə BP (operator – 29,99 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz), SOCAR (14,35 faiz), NICO (10 faiz) və SGC (6,67 faiz) şirkətləridir.

XQ

İqtisadiyyat