“Azərişıq” Kəlbəcər dağlarına nur paylayır

post-img

“Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən coğrafi quruluşuna görə ən çətin relyefə malik Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir.

ASC-dən verilən məlumata görə, Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin, İstisu ərazisində 110/35 kV-luq yarımstansiyanın inşası, eləcə də 35 kV-luq xətlərin çəkilişi sürətlə aparılır. Ağqaya, Qamışlı və Mərcimək kəndləri istiqamətində yenidənqurma işləri gedir.

Qeyd edilən yaşayış məntəqələrində yeni dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Rayonun şəhər ərazisindəki qospitalda, həmçinin Cermux, Yellicə, Zəylik, İstisu, Zod, Zar, Yanşaq, Keşdək kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekun­laşıb.

Kəlbəcər rayonunda 2024-cü il ərzin­də yeni 110/35 kV-luq “Şəhər” yarımstan­siyasının tikintisi və mövcud 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi, 110/35/10 kV-luq “Qamışlı” yarımstansiyasından çıxan 110 kV-luq mövcud hava xətti­nin Kəlbəcər şəhəri ərazisindən İstisu­ya qədər olan hissəsinin 110 kV-luq iki dövrəli hava xətti ilə yenidən qurulması və şəhərsalma planına əsasən rayonun Zallar, Yanşaq, Zar kəndlərinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.

XQ

İqtisadiyyat