Dünya Bankının nümayəndə heyəti Bakıda

post-img

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssi­si Rojer Koma Kunilin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı agentliyin fəaliyyəti, Azərbaycanda energetika sahəsi üzrə mövcud normativ hüquqi aktlar, eləcə də tarif metodologiyası barədə məlumat verilib. Görüşdə, həmçinin bərpaolunan enerji ilə bağlı yeni layihələr üzrə inves­tisiya imkanları, elektrik enerji şəbəkə­sinin gücləndirilməsi, Dünya Bankı ilə mümkün əməkdaşlıq məsələləri müza­kirə edilib. 

XQ

Son xəbərlər