İşğaldan azad edilmiş ərazilərin enerji xəritəsi hazırlanıb

post-img

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərin daimi və dayanıqlı elektrik enerjisi təchizatı ilə bağlı enerji xəritəsi hazırlayıb. 

Qurumun Qarabağ Regional Elektrik Şə­bəkəsinin rəisi Mircəlal Hüseynovun bildir­diyinə görə, dekabrın 24-də Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam” qovşaq yarımstansiyası da həmin enerji xəritəsinə daxildir. Yarımstansiyanın çox böyük əhə­miyyət daşıdığını vurğulayan şəbəkə rəisi deyib ki, bu obyekt Ağdam şəhərinin bir his­səsinin, ətraf kəndlərin, yaxınlıqda yerləşən Xocalı rayonunun Əsgəran qəsəbəsinin və di­gər ərazilərinin, eləcə də Ağdərə rayonunun enerji təchizatında mühüm rol oynayacaq. 

Onun sözlərinə görə, 2 ədəd 40 meqavat­lıq transformatorun fəaliyyət göstərdiyi ya­rımstansiya 35/10 kilovoltluq qapalı və 110 kilovoltluq açıq paylayıcı qurğulardan ibarət­dir. “Bu qovşaq yarımstansiyaya “Ağdam 1” yarımstansiyasından 10 kilometr məsafədə 110 kilovoltluq ikidövrəli elektrik verilişi hava xətti çəkilib. Eyni zamanda quraşdı­rılan bütün avadanlıqlar SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya olunub”, – deyə o əlavə edib.

XQ

İqtisadiyyat