Ölkəmiz beynəlxalq avtomobil daşımalarında fəal iştirak edir

post-img

Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 5 dəfə artaraq 11 min 960-a çatıb.

Bunu “Azərbaycan Beynəlxalq Avto­mobil Daşıyıcıları Assosiasiyası” İctimai Birliyinin baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ildə­ki fəaliyyətinin yekunlarına həsr edilmiş tədbirdə bildirib. Onun sözlərinə görə, 2021-ci ildə bu göstərici 2400 səviyyə­sində olub. 2023-cü ildə Azərbaycandan 11 965 nəqliyyat vasitəsi beynəlxalq av­tomobil daşımalarında iştirak edib.

ABADA rəsmisi, həmçinin deyib ki, bu il milli daşıyıcıların beynəlxalq ba­zarlarda payı 2022-ci illə müqayisədə 9 faiz bəndi artıb. Bundan əlavə, 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də 2 dəfə artım qeydə alınıb. 

Yük axınlarının davamlı olması məqsədilə tədbirlərin görülməsinin va­cibliyini vurğulayan baş katib bildirib ki, bu il Azərbaycanda daşıyıcılara 1235 ədəd “TİR karnet” kitabçası verilib. Bu da yüklərin sərhəd-keçid məntəqələrin­də açılmaması üçün imkan yaradıb. K. Qurbanovun sözlərinə görə, 2023-cü ildə 1305 daşıyıcı və 178 operatorun məsul şəxsi beynəlxalq daşımalara dair təlimə və tədrisə cəlb edilib, onlara şə­hadətnamə verilib. 

XQ

İqtisadiyyat