Ölkəmizin strateji valyuta ehtiyatları 68 milyard dolları ötüb

post-img

Bu ilin yanvar–noyabr aylarında ölkə­nin strateji valyuta ehtiyatları 16,6 faiz arta­raq 68,2 milyard ABŞ dollarına çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı­nın pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib. Belə ki, ilin 11 ayında xarici ticarət balansında 15,7 milyard dollar məbləğində müsbət saldo yaranıb. 

Cari ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 6,7 milyard dollar və ya ümumi daxili məhsulun 12,5 faizi səviyyə­sində olub. 2023-cü ildə tədiyə balansının başlıca komponenti sayılan xarici ticarət ba­lansı profisitli olub. Profisitli tədiyə balansı şəraitində isə strateji valyuta ehtiyatları artıb.

XQ

İqtisadiyyat