Qarabağ və Şərqi Zəngəzurda xüsusi radiorabitə şəbəkəsinin genişləndirilməsi üçün 11 baza stansiyanın təmiri başa çatıb

post-img

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRITDX) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində xüsusi radiorabitə şəbəkəsinin genişləndirilməsi işləri davam etdirilir.

Dövlət Xidmətindən  bildirilib ki, cari ilin ötən dövrü ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində xüsusi radiorabitə şəbəkəsinin genişləndirilməsi məqsədilə müvəqqəti istifadəyə verilmiş 11 baza stansiyasının tam əsaslı təmiri və qurulması işləri başa çatdırılıb.

Digər sahələrdə işlər paralel olaraq və mərhələli şəkildə davam etdirilir.



İqtisadiyyat