Qərbi Azərbaycan İcmasının nümayəndəsi Qlobal Qaçqınlar Forumunda İcmanı təmsil edir

post-img

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kamal Cəfərov 2023-cü il dekabrın 13-15-də İsveçrənin Cenevrə şəhərində keçirilən Qlobal Qaçqınlar Forumunda İcmanı təmsil edir.

Bu barədə  Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, tədbir zamanı interaktiv müzakirələrə öz töhfəsini verən İcma nümayəndəsi Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoyması nəticəsində yaranmış humanitar problemin miqyası, azərbaycanlı qaçqınların öz evlərinə qayıtma tələbləri və Qərbi Azərbaycan İcmasının bu sahədə gördüyü işlər barədə Forum iştirakçılarına məlumat verib.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzə Ali Komissarlığının himayəsi altında dörd ildən bir keçirilən Qlobal Qaçqınlar Forumu beynəlxalq aləmdə qaçqın problemi və onun həlli yolları istiqamətində müzakirələr üçün əsas formatlardan biridir.





Siyasət