Milli Paralimpiya Komitəsinin nümayəndələri Fransada vacib görüş keçiriblər

post-img

Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndələrinin Fransada “Paris-2024” XVII Yay Paralimpiya İdman Oyunlarının təşkilat komitəsinin üzvləri ilə görüşü baş tutub.

MPK-dan verilən məlumata görə, təşkilat komitəsinin nümayəndəsi Sofi Hertfelder ilə görüş zamanı Azərbaycan milli komandasının yarışda iştirakı və təşkilatı işlərlə bağlı müzakirələr aparılıb.

Eləcə də, komitə nümayəndələri milli üzvlərinin Oyunlardan əvvəl təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulan Ajen şəhərinin merinin idman məsələləri üzrə müavini Alan Klayman ilə görüşüblər. Ardınca şəhərin idman infrastrukturu və məşq bazaları ilə tanış olublar.

Xatırladaq ki, Azərbaycan paralimpiyaçıları “Paris 2024”ə indiyədək yüngül atletika, güllə atıcılığı və üzgüçülük idman növləri üzrə 6 lisenziya qazanıblar.

İdman