Paytaxtda qeyri-dövlət sektorunun payı 87 faiz olub

post-img

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 47 milyard manat təşkil edib. Sənaye məhsulunun 79,4 faizi mədənçıxarma, 17,9 faizi emal, 2,1 faizi elektrik enerjisi, 0,6 faizi isə su təchizatı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 86,8 faizə çatıb. 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əv­vəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələ­rinin anbarlarında noyabrın 1-nə 462,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub. 

XQ

İqtisadiyyat