Ərzaq təhlükəsizliyi önəmli iqtisadi hədəfdir

post-img

Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasındakı çıxışında bildirib ki, ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdən biridir. 

Hökumət başçısı çıxışında mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin ge­nişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon ma­nat vəsait ayrıldığını da vurğulayıb. O, eyni zamanda ölkə Prezidentinin ötən ay Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzaladığı fərmanları su ehti­yatlarından səmərəli istifadənin reallaş­dırılmasına və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsinə im­kan verəcəyini də diqqətə çatdırıb. 

Xatırladaq ki, aqrar sahəyə göstə­rilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə texnika parkının yenilənmə­si, aqrotexniki xidmətlərə əlçatanlığın reallaşması məsələləri diqqət mərkə­zində saxlanılıb və toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təmi­nat səviyyəsi yüksəlib, kənd təsərrüfatı sahəsinin infrastruktur və təchizat ba­zası genişlənib.

XQ

İqtisadiyyat