Bu ilin yanvar–noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 milyard 33 milyon 68 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına görə, noyabr ayında qeyri-neft məhsullarının ixracı 321 milyon 85 min dollar təşkil edib. Bu sahədə artım əvvəlki ilin noyabr ayının göstəricisini 6,2 faiz üstələyib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 milyard 47 milyon 67 min dollara bərabər olub.
XQ

