“Şəki-Şərab” zavodu Sinqapur, Çin və Cənubi Koreya ilə şərab ixracına dair müqavilələr imzalamağı planlaşdırır.
Bu barədə “Şəki-Şərab” zavodunun şərabçılıq şöbəsinin direktoru Vidadi Həsənov bildirib ki, milli texnoloji həllərlə hazırlanan “AzAbrau” şərabına Avropada, o cümlədən Fransa, İtaliya və İspaniyada maraq böyükdür: “Bu il zavod 2 milyon şərab satışı həyata keçirib. Gələn il 4 milyon şərabın ixracı nəzərdə tutulur. Zavodun əsas satış bazarı Rusiya və MDB ölkələridir. Bu yaxınlarda Çində keçirilən şərabçılıq sərgisində “AzAbrau” şərabları böyük maraqla qarşılanıb”.
XQ

