Türkmənistan rəsmən TRASEKA Sazişinə qoşulub

post-img

Türkmənistan Avropa-Qafqaz-Asiya dəhlizinin (TRASEKA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişə rəsmən qoşulduğunu elan edib.

 Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 14-də Türkmənistan Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün Beynəlxalq Nəqliyyat üzrə Əsas Çoxtərəfli Sazişə rəsmən qoşulub.

1998-ci ilin sentyabrında qəbul edilmiş Saziş Avropa, Qara və Xəzər dənizləri, Qafqaz və Asiya regionlarında iqtisadi və ticarət sahələrində əməkdaşlığın inkişafına yönəlib.

Rəsmi Aşqabad bildirib ki, Sazişə qoşulmaqla, Türkmənistan beynəlxalq yük daşımalarının təşviqinə, yol təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat siyasətinin uyğunlaşdırılmasına və bu mühüm logistik marşrutda müxtəlif nəqliyyat növləri arasında rəqabət üçün bərabər şəraitin yaradılmasına sadiqliyini ifadə edib.

İqtisadiyyat