Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçən şirkətlərdən 3-ü müəssisələrinin inşasına başlayıb

post-img

Artıq Ələt Azad İqtisadi Zonasında bir neçə şirkət qeydiyyatdan keçib və onlardan 3-ü öz müəssisələrinin inşasına başlayıb.

Bunu AZƏRTAC-a açıqlamasında Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, 3 şirkət isə layihələndirmə işlərini başa çatdırmaq üzrədir. Onun sözlərinə görə, həmin şirkətlər bu ilin sonu və ya gələn ilin əvvəli inşaat işlərinə başlayacaq. Eyni zamanda, başqa şirkətlərlə də danışıqlar aparılır.

İqtisadiyyat