“Azərkosmos” “Bayanat”la müqavilə imzalayıb

post-img

“Azərkosmos” və Birləşmiş Ərəb Əmirliklərinin “Bayanat” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, hər iki tərəf coğrafi in­formasiya sistemləri üzrə birgə əməkdaşlıq edəcək. 

Bura məsafədən müşahidə məlumatla­rının əldə olunması, emalı və tətbiq edilmə­sinə dair potensial layihələr və imkanların təşviq edilmə­si, geoməkan məlumatları və onların texniki imkanları, təcrübə və bilik mübadiləsi daxildir. Həmçinin “Azərkos­mos” tərəfindən “Bayanat” şirkətinə məxsus geoməkan məlumat platformasının 1 il ərzində istifadəsi nəzərdə tu­tulub. Əməkdaşlıq çərçivəsində neft və qaz sahəsi üzrə xəritəçəkmə və tədqiqat zamanı Yer müşahidəsi həllərinin istifadəsinin genişləndirilməsi də nəzərə alınıb.

XQ

İqtisadiyyat