Cənubi Qafqazda ən aşağı işsizlik ölkəmizdədir

post-img

Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayına əsasən, Azərbaycan Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsinə malik ölkədir. 

BVF-in proqnozuna əsasən, cari il respubli­kamızda işsizlik səviyyəsi 2022-ci ildən etibarən də­yişməyərək 5,9 faiz təş­kil edəcək, gələn il isə bu göstərici 5,8 faizə enəcək.

Regionun digər ölkələ­rinə gəlincə, BVF tərəfin­dən Ermənistada işsizlik səviyyəsinin 2023-cü ildə artaraq 12,5 faizdən 13,5 faizə çatacağı proqnozlaşdırılıb, gələn il üzrə proqnozlar isə 13 faizdən 14 faizədək qaldırılıb.

Gürcüstanda isə bu göstərici 2023 və 2024-cü illərin yekunlarına görə, müvafiq olaraq 18,4 və 18,6 faiz olaraq proqnozlaşdırılıb. 

XQ

İqtisadiyyat