Vergi islahatları milli iqtisadiyyatı gücləndirir

post-img

9 ayda büdcə daxilolmaları 12 milyard manatı ötüb

MDB vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının bir neçə gün əvvəl keçirilən iclasında birlik ölkələrində aparılan vergi islahatları, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən layihələr, bu sahədə innovativ mexanizmlərin yaratdığı im­kanlar, qanunvericilikdə dəyişikliklər, insan resurslarının təkmilləşdi­rilməsi ilə əlaqədar tədbirlər və digər məsələlər müzakirə edilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavi­ni İlkin Vəliyev iclasda çıxış edərək respublikamızda vergi inzibatçılı­ğının səmərəliliyinin artırılmasını şərtləndirən texnoloji (rəqəmsal) həllər və əldə olunan nailiyyətlər barədə məlumat verib. Rəis müa­vini sadalananlarla yanaşı, respub­likamızda vergi sisteminin təkmil­ləşdirilməsi sahəsində mütərəqqi yanaşmaların daim diqqətdə saxla­nıldığını da vurğulayıb. 

Bütün bunlar ölkəmizdə vergi sisteminin təkmilləşdirilməsinə hər zaman prioritet istiqamət kimi ya­naşıldığından xəbər verir. Vergi Məcəlləsində vergi ödəyicilərinin mənafelərinə xidmət edən dəyişik­liklər edilməsi, sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim edilməmə­sinə görə maliyyə sanksiyasının ləğvi kimi tədbirlər bunun bariz ifadəsidir. 

Respublikamızda vergi siste­minin davamlı şəkildə təkmilləşdi­rilməsi qeyri–neft sektorunun inki­şafında da özünü qabarıq büruzə verib. Başqa sözlə, bu istiqamətdə icra olunan vergi islahatları yeni qurulan iqtisadi zonalarda əlve­rişli biznes şəraitinə müsbət tə­sir göstərib. Məsələn, son illərdə texnologiya və sənaye parklarının rezidentləri üçün səmərəli vergi mühiti yaradılıb. Hər bir startap üç il müddətinə gəlir vergisindən azad edilib. Həmçinin kənd təsərrüfatı sahəsində vergi dərəcələri azaldı­lıb və sahibkarlıq fəaliyyətinin təş­viqi diqqət mərkəzində saxlanılıb. Biznes fəaliyyətinin inkişafında bü­tünlükdə rəqəmsallaşma böyük rol oynayıb. Şübhəsiz ki, bu məsələ­nin həllinə hər bir sahibkar üçün əlçatan dövlət vergi sisteminin ya­radılması önəmli təsir göstərib. 

Vergi qanunvericiliyinin bey­nəlxalq təcrübəyə uyğunlaşdı­rılaraq müasirləşdirilməsi, eyni zamanda, iqtisadiyyatın bütün sahələrində stimullaşdırıcı mexa­nizmlərin tətbiqi qeyri-neft sektoru­na büdcə gəlirlərinin əsasını təşkil edən vergi daxilolmalarının dina­mik artımını gerçəkləşdirib. Dövlət Vergi Xidmətindən aldığımız məlu­mata əsasən, dövriyyələrin şəffaf­laşdırılması, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəldilməsi, eləcə də vergi inzibatçılığında ciddi is­lahatlar aparılması həm tədiyə növləri üzrə, həm də qeyri-neft sektorunda vergi daxilolmalarının artımını sürətləndirib. 

Cari ilin yanvar-avqust ayla­rında ölkəmizin vergi xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcminin 2022-ci ilin müvafiq dövrü ilə müqayisə­də 23,4 faiz artaraq 12 milyard 80 milyon manat təşkil etməsi, həmin müddətdə qeyri–neft–qaz sekto­rundan vergi daxilolmalarının ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 6 milyard 866 milyon manata çatması məhz yuxarıda vurğulanan tədbirlərin məntiqi nə­ticəsidir. 

Vergi sisteminin indiki inkişaf di­namikasına nail olmaq üçün uzun bir yol keçilib, qeyd edildiyi kimi, vergi qanunvericiliyi müasir dövrün tələblərinə uyğun təkmilləşdirilib, “kölgə iqtisadiyyatı”na qarşı müba­rizə metodları hazırlanaraq diqqət mərkəzində saxlanılıb, ən başlıca­sı dövlət–biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub. 

“Kölgə iqtisadiyyatı”na gəldik­də isə onun getdikcə “ağarması” dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarındakı sənədləşmələr­də, habelə bağlanmış əmək müqa­vilələrinin sayında özünü qabarıq büruzə verib. Məsələn, bu il okt­yabrın 1-nə respublikamızda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,7 faiz çox – 752 min olub. Dövlət Vergi Xidmətinin məlumatına görə, həmin göstəri­cinin 44,3 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydə alınıb. Bu isə ilin əvvəlinə nisbətən 11 faiz çoxdur. Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektləri­nin) sayı isə 6,8 faiz artaraq 202,1 minə çatıb.

Yeri gəlmişkən, “kölgə iqti­sadiyyatı”nın qarşısının alınma­sı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas is­tiqamətlərdən biri kimi müəyyən­ləşdirilib. Bu isə mövcud sahədə yüksək nəticələrin əldə edilmə­sinə şərait yaradıb. Xüsusilə son dövrlərdə yeni əmək müqavilələ­rinin bağlanmasına xüsusi diqqət yetirilməsi, bu sahədə şəffaflaşma­ya üstünlük verilməsi ümumdaxili məhsulda artıma gətirib çıxarıb. 

Ümumiyyətlə, ölkədə iş yerlə­rinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflı­ğın diqqətdə saxlanılmasının nəti­cəsidir ki, bu il oktyabr ayının 1-nə bağlanan əmək müqavilələrinin sayı 1 milyon 770 minə çatıb. Qey­ri–neft sektorunun özəl bölməsində isə həmin göstərici 341 min artaraq 881 min olub.

Burada onu da xatırladaq ki, haqqında bəhs olunan problemin həllinin gündəlikdə saxlanılması, xüsusən, kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar yara­dıb. Bu, özəl bölmənin inkişafında, məşğulluğunun təmin edilməsində və sağlam rəqabətin gücləndirilmə­sində özünü göstərib. 

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Ölkədə reallaşdırılan ge­nişmiqyaslı struktur–institusio­nal islahatlar da sosial–iqtisadi göstəricilərin daha da yaxşı­laşmasına, iqtisadiyyatda kiçik və orta biznesin dominantlığı­nın yüksəlməsinə müsbət təsir göstərib. 

Bu məqamda respublikada yaradılan biznes mühitinə də diqqət yetirək. Belə ki, hazırda hüquqi şəxsin qeydiyyatı pro­sedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elekt­ron kabinetinə onlayn qaydada göndərilir və həmin sənədlərin kağız daşıyıcılarda təqdim edil­məsinə zərurət olmur. 

Elektron kabinetə göndə­rilən qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qu­rumları, banklar, notariuslar və digər təşkilatlarda qəbulu üçün qanunvericilik bazası və inzibat­çılıq da təkmilləşdirilib. 

Yeni onlayn qeydiyyat sis­teminin həyata keçirilməsində əsas məqsəd biznesə başla­maqla bağlı prosedurların sa­dələşdirilməsi, vaxta qənaət, əl­verişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahib­kar ünsiyyətinin minimuma en­dirilməsi və vətəndaş məmnun­luğunun artırılmasıdır. Bütün bunlar vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların da­vamıdır və ölkədə biznes mü­hitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Nəhayət, onu da qeyd edək ki, vergi daxilolmalarında dina­mik artıma ölkədə liberal biznes mühitinin formalaşdırılması mü­hüm təsir göstərib və bu, inves­tisiya şəraitinin yaxşılaşmasına gətirib çıxarıb. Belə bir şəraitdə icra olunan layihələr isə iqtisa­diyyatın genişlənməsinə və in­vestisiyaların artımına yol açıb.

 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat