Azərbaycan  1.6 milyard kubmetr kubmetr qaz idxal edib

post-img

2023-cü ilin yanvar-iyul aylarının yekunlarına əsasən, Azərbaycan 1 milyard 610,4 milyon kubmetr təbii qaz idxal edib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin  bülletenində məlumat verilib. İdxalın ən yüksək səviyyəsi bu ilin fevralında 330,5 milyon kubmetr həcmində qeydə alınıb.

Statistik məlumatlara əsasən, bu ilin yanvar-iyul aylarında Rusiyadan Azərbaycana 800 milyon 665,76 min kubmetr, Türkmənistandan isə 795 milyon 520,76 min kubmetr təbii qaz verilib. Əgər Rusiya qazının 1000 kubmetri Azərbaycana 170,88 dollara başa gəlibsə, eyni həcmdə türkmən qazı 149,19 dollara idxal edilib. Maraqlı fakt ondan ibarətdir ki, Azərbaycan türkmən qazını “swap” (dəyiş-düyüş) tipli müqavilə ilə İrandan alırdısa, Rusiya qazını birbaşa Mozdok-Hacıqabul boru kəməri ilə üçüncü tərəfə hər hansı xidmət haqqı ödəmədən idxal edib.

Bundan əlavə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi hesabat dövründə İran İslam Respublikasından 14 milyon 255,79 min kubmetr (ümumi dəyəri 541 090 ABŞ dolları) həcmində qaz idxalı da qeydə alınıb. İrandan qazın 1000 kubmetri orta hesabla 37,96 dollara idxal edilibsə, eyni qiymətlə də Azərbaycan İrana 11 milyon 460,13 min kubmetr qaz verib.

P.ƏFƏNDİ

İqtisadiyyat