2023-cü ilin birinci yarısında Rusiyanın dövlət borcu 9,8 faiz (2,3 trilyon rubl) artaraq 25,1 trilyon rubla çatıb. Bütövlükdə dövlət borcunun səviyyəsi ÜDM-in 16,7 faizinə yüksəlib.
Altı ayda daxili borcların həcmi isə 1,4 trilyon rubl artıb. (+7,4 faiz) və 20,2 trilyon rubla çatıb. Bu, cari il üçün müəyyən edilmiş yuxarı həddinin 97,4 faizini təşkil edir (20,7 trilyon rubl). Bununla yanaşı, onun ümumi borc strukturunda xüsusi çəkisi 82,3 faizdən 80,5 faizə qədər azalıb.
Qiymətli kağızlarda daxili borcun məbləği iyul ayına kimi ilin əvvəlindən 1,4 trilyon rubl artıb və 19,5 trilyon rubl təşkil edib.
Rusiyanın xarici borcu 1,2 milyard dollar (-2,1 faiz) azalaraq 56,2 milyard dollar təşkil edib . Bu borcun yuxarı həddinin 84,4 faizini (66,6 milyard dollar) təşkil edir.
P.ƏFƏNDİ