88 ölkəyə 326 adda məhsul göndərilir
Hazırda Azərbaycan dünyanın 88 ölkəsinə 326 adda kənd təsərrüfatı məhsulu ixrac edir. İxracın 60 faizi MDB ölkələrinin payına düşür.
Əsas məqsəd kənd təsərrüfatı və emal məhsulları ixracının şaxələndirilməsindən ibarətdir. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktorunun müşaviri Tural Hacılı II Türk Dövlətləri Aqrobiznes Forumunda deyib.
Son 3 il ərzində Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında mütəmadi olaraq artımın baş verdiyini vurğulayan müşavir bildirib ki, hazırda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ixracın genişləndirilməsi üçün əsas diqqəti Avropa bazarı, Fars körfəzi və Şərqi Asiya ölkələrinə yönəldib. O, həmçinin qeyd edib ki, mümkün diversifikasiya üçün bir sıra yeni mexanizmlər hazırlıq mərhələsindədir.
XQ

