Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 47 min 7 nəfər borcalana 2 milyard 802,6 milyon manat kredit verib. Bu barədə İKZF-nin açıqlamasında bildirilir. Məlumatda, həmçinin qeyd olunur ki, indiyədək 377,754 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4005 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” açıq səhmdar cəmiyyətlərinin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
XQ

