Dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

post-img

27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Dövlət və hökumət rəsmiləri xatirə da­şının önünə gül dəstələri düzərək şəhidlə­rin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günün­də Azərbaycan xalqı, bütün dünya azər­baycanlıları Vətənimiz uğrunda canların­dan keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

XQ



Son xəbərlər