FHN-in əlavə 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndiyə yola düşüb

post-img

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayışla əlaqədar axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 avtomobili və 50 nəfərlik heyət yola düşüb.

Fövqəladə Hallar Nazirli­yindən bildirilib ki, avtomobil karvanı Ağdam–Əsgəran–Xankəndi yolu ilə hadisə ye­rinə yollanıb.

Qeyd edək ki, Azərbay­canın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldur­ma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazir­liyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. 

Həmçinin Xocalı yaxınlı­ğında səhra hospitalının qu­rulması üçün Fövqəladə Hal­lar Nazirliyinin 53 avtomobili (heyətlə birgə) və zəruri ava­danlıqlar da göndəriləcək.

XQ

Son xəbərlər