Xəzərdən əlvan metal “axını”

post-img

Cari ilin yanvar-iyul aylarında Bakı Limanında aşırılan əlvan metalın həcmində ciddi artım qeydə alınıb. Limandan XQ-yə verilən məlumata görə, bu ilin ötən 7 ayı ərzində ümumi yüklər terminalı vasitəsilə 245 min tondan çox əlvan metal məhsulu aşırılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 85 faizdən çox artım deməkdir. 

Xatırladaq ki, ötən ilin 7 ayı ərzində aşırılan əlvan metal məhsullarının ümumi həcmi 132 min tondan çox olub. Bakı Limanının yüklər terminalı vasitəsilə aşırılan əlvan metal məhsullarının əsas hissəsini Qazaxıstan­dan gətirilən alüminium, mis katod və qurğuşun təşkil edib.

XQ

İqtisadiyyat