Türk dövlətləri ilə ticarət dövriyyəsi 42 faiz yüksəlib

post-img

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666,1 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 673,3 milyon dollar və ya 41,9 faiz çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40,5 faiz artaraq 4 milyard 746,1 milyon dollara, Türkmənistanla ticarət dövriyyəsi 3,6 dəfə artaraq 568 milyon 54,48 min dollara, Qırğızıstanla ticarət döv­riyyəsi 4,8 dəfə artaraq 21,6 milyon dollara çatıb. Bununla belə, cari ilin 7 ayında Qazaxıstanla ticarət dövriyyəsi 32 faiz azala­raq 237,9 milyon dollar, Özbəkistanla ticarət dövriyyəsi isə 10, 9 faiz azalaraq 92,4 milyon dolar təşkil edib.

“Xalq qəzeti”

İqtisadiyyat