Elektrik avadanlığı istehsalı çoxalıb

post-img

Cari ilin ötən 7 ayında ölkənin kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 130,9 milyon manatlıq məhsul istehsal olunub. Bu barədə “XQ”yə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisə­də kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfə artıb, elektrik avadanlıqlarının istehsalı isə 0,2 faiz azalıb.

Hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqa­yisədə stolüstü kompüterlərin istehsalı 3,5 dəfə, ölçmə ci­hazlarının istehsalı 2,2 dəfə artıb, güc transformatorlarının istehsalı isə 6,9 faiz azalıb.

“Xalq qəzeti”

İqtisadiyyat