Mənzil tikintisi 44 faiz artıb

post-img

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi sahəsi 891 min 689 kvadrat metr olan 8 min 130 ədəd yaşayış evi tikilib istifadəyə verilib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin 6 ayı ilə müqayisədə 44,3 faiz çoxdur. Belə ki, 2022-ci ilin ilk 6 ayında ölkədə ümumi sahəsi 786 min 401 kvadratmetr olan 5 min 636 yaşayış evi tikilib istifadəyə verilib. Xatırladaq ki, bu ilin birinci yarısında istifadəyə verilmiş mənzillərin 4592-si əhali­nin, 1874-ü qeyri-dövlət müəssələrinin, 1664-ü isə dövlət müəssisələrinin payına düşüb. 

Bundan əlavə, hesabat dövründə ölkədə 1536 şagirdlik 1 ümumtəhsil müəssisəsi, 19 çarpayılıq 1 xəstəxana və 240 yerlik 1 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

“Xalq qəzeti”

İqtisadiyyat