Erməni vandalların vurduğu yaralar sağaldılır

post-img

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam edir. 2023-cü ilin yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti-quraşdırma işlərinə 1,7 milyard manata yaxın vəsait xərclənib. 

Bu barədə “X.Q”-yə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki, bu, ötən ilin mü­vafiq dövrü ilə müqayisədə 674 milyon 645 min manat və ya 67,4 faiz çoxdur. Xatırladaq ki, 2022-ci ilin ilk 6 ayında işğaldan azad olun­muş rayonlarda tikinti quraşdırma işlərinə 999 milyon 879,3 min ma­nat vəsait yönəldilmişdi. 

Yeri gəlmişkən, ən çox vəsait Kəlbəcər (344 milyon 611 min ma­nat) , Laçın (328 milyon 972 min manat) və Füzuli (314 milyon 737 min manat) rayonlarına ayrılıb.

“Xalq qəzeti”

İqtisadiyyat