“Sollers” Azərbaycanda avtomobil buraxacaq

post-img

Rusiyanın avtomobil istehsalçısı “Sollers” şirkəti 2023-cü ilin payızında Azərbaycanda fəaliyyətə başlayacaq.

Bu barədə Rusiya şirkətinin satış və marketinq direktoru Marat Şarapov mə­lumat verib. O bildirib ki, şirkət avtomobil­lərin istehsalını “Azərmaş” Məhdud Mə­suliyyətli Cəmiyyətində həyata keçirəcək. “Biz bu yaxınlarda Azərbaycanla əmək­daşlığın inkişafı ilə bağlı müqavilə bağ­lamışıq. Payızda bu layihənin icrasına başlanacaq. Bu, bizim ilk ixrac bazarımız olacaq”,–deyə şirkət rəhbəri əlavə edib. Onun sözlərinə görə, “Sollers” şirkəti di­gər ölkələrin bazarlarına da çıxmağı hə­dəflədiyini yib.

Xatırladaq ki, bu il mayın 19-da “Ru­siya-İslam Dünyası: Kazan Forumu” çər­çivəsində “Sollers” və “Azərmaş” MMC arasında Azərbaycan Respublikasında “Sollers” yüngül kommersiya avtomobil­lərinin istehsalı üzrə əməkdaşlıq memo­randumu imzalanıb.

“Xalq qəzeti”

İqtisadiyyat