OPEC: Azərbaycanın neft ehtiyatları 7 milyard bareldir

post-img

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məlumatına əsasən, 2022-ci ildə Azərbaycanın təsdiqlənən neft ehtiyatlarının həcmi 2021-ci ildən sonra dəyişməz olaraq 7 milyard barel qiymətləndirilir. 

OPEC, eyni zamanda, bildirir ki, 2022-ci ildə dünyada ümumi neft ehtiyatları 2021-ci ildəki 1,547 trilyon barellə müqayisədə 2022-ci ildə 1,564 trilyon barel olub ki, bu da 1,1 faiz artım deməkdir. Ötən il kartelin neft ehtiyatları 1,243 trilyon barelə çatıb ki, bu da 2021-ci ildəki 1,242 trilyon ba­reldən bir qədər yuxarıdır.

Qeyd edək ki, 2023-cü ilin yanvar–iyun ayları ərzində Azərbaycan 7,8 milyard ABŞ dolları dəyərində 12,8 milyon ton xam neft və neft məhsulları ixrac edib. Dövlət Vergi Xid­mətinin məlumatına görə, 2023-cü ilin 6 ayında Azərbaycan neftinin ən böyük üç idxalçısı İtaliya (3 milyard dollar dəyə­rində 4,9 milyon ton), İspaniya (644,6 milyon dollar dəyərin­də 1 milyon ton) və İsrail (631,3 milyon dollar dəyərində 1 milyon ton) olub.

Azərbaycanda neft hasilatının 65 faizindən çoxu “Azə­ri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb.

“Xalq qəzeti”

İqtisadiyyat