İndiyədək ölkəmizin sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib. Artıq onlardan 68-i istehsal fəaliyyətinə başlayıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10,6 mindən çox daimi iş yeri yaradılıb. Nazir qeyd edib ki, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 616 milyon manat investisiyanın yatırılması və 4,8 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Xalq qəzeti”

