"Sığorta mübahisələrinin həllində mediasiyanın rolu" mövzusunda elmi-praktik konfrans

post-img

Sosial Tədqiqatlar Mərkəzində "Sığorta mübahisələrinin həllində mediasiyanın rolu" mövzusunda elmi-praktik konfrans keçirilir. Toplantıda parlament, hökumət, 3-cü sektor və sığorta sisteminin təmsilçiləri iştirak edirlər.

Konfransın təşkilati və ideya dəstəyi Azərbaycan Mərkəzi Bankı, Mediasiya Şurası və Azərbaycan Sığortaçılar Asossiasiyasıdır.

Qeyd edək ki, sığorta sistemi iqtisadiyyatın ən mütəhərrik sahələrindən biridir. Çünki ayrı-ayrı fərdləri və şirkətləri iqtisadi, iqlim, texnoloji və s. risklərdən qoruyur. 

Buna görə də sığorta iqtisadi və sosial həyata güvən və fond yaratma qabiliyyəti ilə kapital bazarlarının inkişafına təkan verir. Bu baxımdan Azərbaycanda da sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. Əlbəttə, bu sahədə daha fundamental analizlərə ehtiyac var. 

Belə görüşlər gələcəkdə sığorta bazarının genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi çərçivəsində Azərbaycan sosial-iqtisadi inkişafa dair 2023-2026 strategiyasıda əksini tapan prinsiplərə uyğundur. Eyni zamanda,  Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər Sənədinə əsasən sözügedən sektorda 2026-ci ilə qədər "Sığorta sektorunda risk əsaslı nəzarət və tənzimləmə çərçivəsinin güclənməsi" və "Sığorta bazarının inkişaf etməsi və dayanıqlığının artması" kimi yekun nəticələr hədəflənib. 

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

İqtisadiyyat