Azərbaycanın sığorta sektoru Avropa ölkələrindən 5 dəfədən çox geri qalır

post-img

2022-ci ildə Azərbaycan sığorta bazarı ümumdaxili məhsulun cəmi 0,7 faizi həcmində olub. Bu, 2021-ci ilə nisbətən 0,2 faiz azalma deməkdir.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, millət vəkili Zahid Oruc deyib. STM rəhbəri bildirib ki, Avropa ölkələri üzrə sığorta sektorunun ÜDM-də payı 3,9 faiz təşkil edib. Azərbaycan sektorun inkişafı baxımından Avropa ölkələrindən 5 dəfədən çox geri qalır.

"Hətta Gürcüstan sığorta sektorunun inkişafına görə Azərbaycandan öndədir. 2022-ci ildə Gürcüstanda sığorta bazarı ÜDM-in 1,27 faizinə, Ermənistanda isə ÜDM-in 0,7 faizinə bərabər olub, - deyə Z.Oruc bildirib.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

İqtisadiyyat