Canlanır hər şəhər, kənd Qarabağda...

post-img

Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun qüdrəti sayəsində işğaldan azad olunmuş torpaqlarımızda həyat yenidən əvvəlki məcrasına qayıdır. Möhtəşəm tarixi Zəfərin sevincini yaşayan xalqımız artıq Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir. 

Azərbaycan dövlətinin müəyyən­ləşdirdiyi bərpa və quruculuq mis­siyasının uğurla yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər olu­nub. Ötən müddətdə işğaldan azad olunmuş ərazilərimizdə insanların rahat və firavan yaşayışın təməlinin qoyulması üçün mühüm infrastruk­tur layihələri icra olunub. Sevindirici haldır ki, Azərbaycan bütün bu işləri təkbaşına, heç bir ölkədən və bey­nəlxalq maliyyə qurumundan yardım istəmədən, öz gücü ilə həyata keçi­rir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və ye­nidənqurma işləri üçün dövlət büd­cəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğal­dan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz çox, yəni 3 milyard manat nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bu da Qarabağ və Şərqi Zəngəzurun bərpası və yeni­dən qurulması ilə bağlı işlərin sürət­lə həyata keçirilməsinə dəlalət edir. Bununla belə, Azərbaycanın maliy­yə imkanlarının artması ilə əlaqədar olaraq dövlət büdcəsinə yenidən baxılaraq onun xərclər hissəsi 3 mil­yard manat artırılıb. Həmin vəsaitin 1,8 milyard manatı isə Qarabağın və Şərqi Zəngəzurun bərpasına ay­rılıb. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrast­ruktur yenilənir, dədə-baba yurdları­na qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, on­ların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır. 

İyulun 11-də Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşa­virədəki çıxışında deyib: “Əlbəttə ki, biz bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalı­yıq. Deyə bilərəm ki, mənim gündə­lik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edi­rik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edil­miş bölgələrə ezam olunurlar. Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə, nəzərdə tutulmuş investisiya proqramı əsa­sında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərc­lənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçi­rilir”.

Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyət, xü­susən də dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proq­ramı”nda nəzərdə tutulmuş tədbirlə­rin uğurla yerinə yetirilməsi nəticə­sində qədim və əzəli yurd yerlərimiz öz həqiqi sahiblərinə qovuşur. Xatır­ladaq ki, sözügedən proqramın icra­sının birinci mərhələsində işğaldan azad olunmuş ərazilərdə 100 yaşa­yış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanın təmin olunmasını xüsusi nəzarətdə sax­layan Prezident İlham Əliyev ötən müddətdə 8 şəhər, 22 qəsəbə və kəndin təməlini qoyub. Məlum mü­şavirədəki çıxışında bu məqama xü­susi toxunan dövlət başçısının qeyd etdiyi kimi, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunub. İlin sonuna qədər isə Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramının ardıcıllıqla icra olunduğunu vurğulayan ölkə rəhbəri ilin sonuna qədər bir şəhər və dörd kənddə vətəndaşların öz dədə-baba torpaqlarında məskunlaşacaqlarını bildirib. Ölkə Prezidenti Laçın şəhə­rinin timsalında görülən işləri, cəmi səkkiz ay ərzində şəhərin böyük his­səsinin tamamilə bərpa olunduğu­nu təqdirəlayiq hal adlandırıb. Artıq Laçında 700-dən çox ailə üçün həm fərdi, həm çoxmənzilli evlər inşa olunduğunu bildirən dövlət başçısı şəhərin gələcək inkişaf planı ilə bağ­lı əlavə addımlar atılacağını diqqətə çatdırıb. 

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda aparılan bər­pa-quruculuq işlərində Heydər Əli­yev Fondu da yaxından iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda fond tərəfindən 10-dan çox məscid inşa edilir və ya əsaslı şəkil­də bərpa olunur.

Təbriz YADİGAROV, 

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent

Azərbaycanda həyata ke­çirilən uğurlu iqtisadi və sosial islahatların əsas istiqaməti qey­ri-neft sektorunun inkişafına, Qarabağın və Şərqi Zəngəzurun bərpasına, eləcə də nəqliyyat dəhlizləri layihələrinin reallaşdı­rılmasına yönəldilib. 

Yeri gəlmişkən, 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunla­rına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev dövlət büdcəmizin artaraq 36 miyard manatdan çox olması hesabına potensial imkanlarımızın geniş­lənməsinə şərait yarandığını bildirib. Ölkə başçısının rəhbər­liyi altında uğurla davam edən investisiya layihələrinin icrası və azad edilmiş torpaqlarda ge­nişmiqyaslı quruculuq işlərinin davam etdirilməsi bunu bir daha sübut edir. Əsas istiqamətlərdən biri kimi Qarabağ və Şərqi Zən­gəzurun bərpasına yönəldiləcək vəsaitlər gələcəkdə həmin əra­zilərdə yerləşən faydalı qazıntı yataqlarından istifadə edilməsinə şərait yardacaq. İşğaldan azad olunmuş ərazilərimizin zəngin iqtisadi potensialının reallaşma­sında nəqliyyat infrastrukturunun bərpası, yaranan nəqliyyat habı, o cümlədən Şərqi Zəngəzur dəh­lizinin açılması mühüm rol oyna­yacaq. 

Qeyd edək ki, ölkəmizdə ya­ranan nəqliyyat habı hesabına Azərbaycan Asiyanı Avropa ilə birləşdirən mühüm əhəmiyyət­li Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri hesabına qitələrarası daşınmaların hə­yata keçirilməsində mühüm rol oynayır. Qarabağın nəqliyyat infrastrukturunun yenidən qurul­masında mühüm regional əhə­miyyət daşıyan Zəngəzur dəhli­zinin açılması, beynəlxalq hava limanlarının inşası, Bərdə-Ağ­dam, Yevlax-Xankəndi, Hora­diz-Füzuli-Şusa dəmiryol xəttinin tikintisi, Əhmədbəyli-Füzuli-Şu­şa, Tərtər-Suğovuşan-Talış, Ta­lış-Naftalan, Göy Göl-Kəlbəcər və Horadiz-Zəngilan-Qubadlı-La­çın avtomobil yollarının çəkilmə­si daxildir. Region ölkələrinin və ümumilikdə, Avropa və Asiyanın əksər dövlətlərinin maraq dairə­sində olan Zəngəzur dəhlizinin açılması isə bu baxımdan xüsu­si əhəmiyyət daşıyır. Naxçıvanla ölkəmizin qalan hissəsi arasında quru yolunun açılması ilə yaradı­lacaq yeni nəqliyyat dəhlizi Azər­baycan üzərindən beynəlxalq tranzit yükdaşımalarını artırmaqla yanaşı, respublikamızın regionda mövqeyini daha da gücləndirə­cək.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”



İqtisadiyyat