İnvestisiya cəlbediciliyi yüksəlir

post-img

Son dövrlərdə muxtar respublikada həyata keçirilən islahatların tərkibində aqrar sahə xüsusilə seçilir. Ərzaq təhlükəsizliyinin qorunması, daxili bazarın yerli məhsullarla təmin olunması, idxaldan asılılığın azaldılması, həmçinin ixrac potensialının artırılması qarşıda duran əsas məsələlərdəndir. 

Eyni zamanda, regionlara yeni inves­tisiyaların cəlbi də mühüm prioritetlərdən biridir. Təsadüfi deyil ki, Naxçıvanın tə­bii iqlim şəraiti müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişli olduğundan bu sahə xarici investorların da diqqətini çəkir. Buna görədir ki, hazır­da İsveçrənin “iCsquared GmbH” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublika­sının Şərur və Kəngərli rayonlarında yer­fıstığı əkini aparılır. 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlu­mata görə, şirkət əkin apardığı ərazilərdə sudan səmərəli və qənaətlə istifadənin təşkili üçün müasir suvarma sistemləri­nin tətbiqi istiqamətində işlərə də başla­yıb. Yerfıstığı istiyə davamlı bitki olsa da, bitkinin mövsümi su ehtiyacı 500–700 mm arasındadır. Buna görə də, müasir suvarma sistemlərinin yaradılması həm suya qənaət baxımından, həm də əkilən sahələrin aqrotexniki qaydalara uygun olaraq suvarılmasına imkan verir. 

Məlumatda qeyd olunur ki, şirkət yer­fıstığı ilə yanaşı, bu il kartof və qarğıdalı əkinləri də həyata keçirib. Növbəti mər­hələdə isə qulançar əkininin aparılmasını planlaşdırılır. 

Qeyd edək ki, bu cür layihələrin həya­ta keçirilməsi yerli sakinlərin də mövsümi işlərə cəlb olunmasına, özünüməşğullu­ğun təmin edilməsinə şərait yaradır.

“Xalq qəzeti”

İqtisadiyyat