Ötən ilin qeyri-müəyyənliklə müşayiət olunması proqnolaşdırmaya da təsirini göstərib. Dünya ərzaq bazarında baş verən proseslər, logistika, neftin və enerjinin qiymətində dəyişikliklər, Ukraynadakı hərbi əməliyyatlar və digər səbəblər proqnozları dəyişdirməyə məcbur edib.
Bunu İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü il üçün dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Nazir müavini diqqətə çatdırıb ki, cari ildə ölkədə ÜDM-in real artım tempinin 1,8 faiz olması və 111,6 milyard manata çatması proqnozlaşdırılır. Neft üzrə ÜDM-in 4,9 faiz artaraq 77,7 milyard manat həddinə çatması gözlənilir.
“Xalq qəzeti”

