Ölkə Prezident İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda dəyişiklik edilib.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, bundan sonra tikintiyə icazə üçün lazımi sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən istənilməyəcək.
Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların verilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.
“Xalq qəzeti”

