Kənddən xarici bazarlara 886,1 milyon dollarlıq məhsul göndərilib

post-img

Ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyinin güc­ləndirilməsi, aqrar sığorta mexanizminin tətbiqi adıçə­kilən sahənin dinamik inkişafına müsbət təsirini göstərir. Bunun nəticəsidir ki, 2022-ci ildə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,4 faiz artıb. 

Artım dinamikası 2023-cü ilin ilk dörd ayında da qorunub saxlanı­lıb. Həmin müddətdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artım qeydə alınıb.

Aqrar sahəyə dair müasir innovasiyalar və texnologiyalara, texno­loji yeniliklərə əlçatanlığın təmin edilməsi, gübrə bazarının liberallaş­dırılması sağlam rəqabət mühitinin formalaşmasına səbəb olub və bu, məhsul istehsalının artmasında mühüm rol oynayıb. Nəticədə, ötən il ölkəmizdən xarici bazarlara 886,1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub, İxracın həcmi isə əvvəlki illə müqa­yisədə 1 faiz artıb. 

“Xalq qəzeti”

İqtisadiyyat