Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 182 Bakı şəhəri, 5 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması za­manı nəzərə alınan və alınmayan ödə­nişlərin müəyyən edilməsi və məzu­niyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 1999-cu il 25 avqust tarixli 137 nömrəli, “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alın­mayan ödənclərin müəyyən edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 126 nömrəli, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə iş­ləmək üçün əlverişli olmayan iş yerlə­rində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləği­nin minimum miqdarının müəyyən edilməsi haqqında” 2002-ci il 22 avqust tarixli 137 nömrəli, “Azərbaycan Res­publikasının büdcədən maliyyələşdi­rilən meliorasiya və su təsərrüfatı iş­çilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” 2013-cü il 16 avqust tarixli 212 nömrəli və “Əmək müqaviləsi bildirişi­nin forması və onun elektron informa­siya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiy­yata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat for­ması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” 2014-cü il 6 iyun tarixli 183 nömrəli qə­rarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində də­yişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarix­li 684-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 532; 2003, № 12 (II kitab), mad­də 746; 2005, № 2, maddə 125; 2007, № 2, maddə 185; 2008, № 9, maddə 865; 2009, № 6, maddə 490, № 10, maddə 857) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Məzuniyyət vaxtı üçün orta əmək haqqı­nın hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı”­nın “Nəzərə alınan ödənişlər:” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. dördüncü abzasa “daimi” sözün­dən sonra “əmsallar və” sözləri əlavə edilsin və həmin abzasda “zərərli əmək şəraitində” sözləri “əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərin­də” sözləri ilə əvəz edilsin;

1.2. altıncı abzas ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 573; 2003, № 12 (II kitab), mad­də 746; 2005, № 2, maddə 125; 2007, № 2, maddə 185; 2008, № 9, maddə 865; 2009, № 6, maddə 490, № 10, maddə 857) ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınma­yan ödənclərin Siyahısı”nın “Nəzərə alı­nan ödənclər:” hissəsində aşağıdakı də­yişikliklər edilsin:

2.1. dördüncü abzasa “daimi” sözün­dən sonra “əmsallar və” sözləri əlavə edilsin və həmin abzasda “zərərli əmək şəraitində” sözləri “əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərin­də” sözləri ilə əvəz edilsin;

2.2. altıncı abzas ləğv edilsin.

3. “Əmək şəraiti ağır və zərərli olan iş­lərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan iş­çilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əm­salların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2002, № 8, maddə 548; 2003, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004, № 5, mad­də 379; 2005, № 9, maddə 853; 2007, № 2, maddə 191; 2008, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, maddə 788; 2010, № 4, maddə 361, № 6, mad­də 566; 2012, № 3, maddə 265; 2013, № 6, maddə 728, № 8, maddə 1035; 2014, № 6, maddə 728; 2015, № 4, maddə 461, № 10, maddə 1217, № 11, maddə 1418; 2017, № 5, maddə 983; 2021, № 4, maddə 413) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adına “işçilərin” sözündən sonra “və Azərbaycan Respublikasının işğal­dan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin” sözləri əlavə edilsin;

3.2. 2-ci hissədə “bəndinə” sözü “his­səsinə” sözü ilə əvəz edilsin;

3.3. 9-cu hissədə “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 9-1-ci və 9-2-ci hissələr əlavə edilsin:

“9-1. Azərbaycan Respublikasının iş­ğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilsin.

9-2. Müəyyən edilsin ki, bu Qərarın 9-1-ci hissəsində nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqa­vilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.”;

3.5. 10-cu hissədə “bəndlərində” sözü “hissələrində” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1011; 2014, № 12, maddə 1667; 2016, № 9, maddə 1585; 2019, № 3, maddə 533; 2021, № 3, maddə 273) ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.1-ci bəndinə “işçilərin” sö­zündən sonra “və Azərbaycan Respubli­kasının işğaldan azad edilmiş ərazilərin­də işləyən mütəxəssislərin” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 738; 2015, № 5, maddə 651, № 6, maddə 780; 2019, № 4, maddə 782, № 7, maddə 1330; 2021, № 9, maddə 1060; 2022, № 10, maddə 1216) ilə təs­diq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Res­publikasının Vergilər Nazirliyinə göndə­rilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlu­matlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4.1.2.4-cü yarımbənddə “ünvanı” sözü “və faktiki fəaliyyət göstərdiyi ünvan­ları” sözləri ilə əvəz edilsin;

5.2. 4.3.5-ci yarımbəndə “iş yerinin adı” sözlərindən sonra “və işçinin faktiki fəaliyyət göstərdiyi ünvan” sözləri əlavə edilsin.

6. Bu Qərarın 3.1-ci, 3.4-cü bəndləri, 4-cü və 5-ci hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları