ABŞ Azərbaycana 18 milyard dollardan çox investisiya yatırıb

post-img

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataramanla görüşündə indiyə qədər ölkəsinin Azərbaycan iqtisadiyyatına 18 milyard dollardan çox investisiya yatırdığını bildirib.

Görüşdə iki ölkənin enerji diversifikasiyası, texnologi­yaların transferi, logistika, “yaşıl enerji” və rəqəmsal iqti­sadiyyat sahələri üzrə əmək­daşlıq istiqamətləri müzakirə edilib, ABŞ-la iqtisadi-ticarət tərəfdaşlığının inkişafı vur­ğulanıb. Eyni zamanda, iki ölkənin biznes dairələrinin iştirakı ilə ticarət missiyaları­nın və işgüzar görüşlərin ke­çirilməsinin iqtisadi əlaqələ­rin şaxələndirilməsinə stimul verdiyi bildirilib. 

Elnur Əliyev Bakıda ABŞ–Azərbaycan “Yaşıl enerji” Fo­rumunun təşkilinin iki ölkə arasında investisiya qoyuluş­larının həcminin artırılması, bərpa olunan enerj sahəsin­də ABŞ təcrübəsinin tətbiqi baxımından əhəmiyyətinə toxunub, respublikamızın bu sahədə artıq dünyanın aparı­cı şirkətləri ilə uğurlu əmək­daşlıq nümunələrinin olduğu­nu diqqətə çatdırıb. 

“Xalq qəzeti”

İqtisadiyyat