Hacıqabul sənayesi dünyada tanınacaq

post-img

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində istehsal olunmuş məhsulun ilk dəfə ixracına başlanılır.

İZİA-nın məlumatına görə, məhəllənin re­zidenti – “Elberg” MMC ilk dəfə Özbəkistana metal konstruksiya və tikinti materialları ava­danlıqları ixrac edəcək. Müqaviləyə əsasən, şirkət Özbəkistana 1,5 milyon ABŞ dolları dəyərində məhsul göndərəcək. 

Bu, Hacıqabul Sənaye Məhəlləsindən həyata keçiriləcək ilk ixracdır. Bundan başqa, şirkət Gürcüstan və Mərkəzi Asiya ölkələrinə də ixracla bağlı danışıqlar aparır.

“Elberg” Hacıqabul Sənaye Məhəlləsində Türkiyə, Yaponiya və Finlandiya texnologiya­larından istifadə etməklə metal konstruksiya və tikinti materialları avadanlıqları istehsal edir. Müəssisəyə indiyə qədər 3,5 milyon manat investisiya yatırılıb və 40-dan çox iş yeri yaradılıb.

“Xalq qəzeti”

İqtisadiyyat