Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan iqtisadiyyatında bu il 2,5 faiz səviyyəsində artım proqnozlaşdırır.
Bank neft-qaz sektorunun inkişafına, xüsusən bərpaolunan enerji mənbələri, “yaşıl iqtisadiyyat” sahəsində layihələrə xüsusi önəm verir. Məsələn, 2022-ci ildə AYİB Azərbaycanda tullantıların emalı zavodunun tikintisi və Gəncə şəhərində işıqlandırma sisteminin yenilənməsi haqqında razılaşma əldə edib. Bunlarla yanaşı, “Aztelekom”la 280 min abunə üçün internet infrastrukturunun yaradılması haqqında razılaşma imzalanıb. Bu layihənin dəyəri 50 milyon dollar təşkil edir.
Kredit hər biri 25 milyon dollar olmaqla iki qoldan ibarət olacaq. AYİB özəl sektorda yerli təşkilata tullantılardan batareya istehsal etməkdə köməklik göstərəcək.
“Xalq qəzeti”

