Azərbaycan 100-dən çox məhsul ixrac edəcək

post-img

2022-ci ildə Azərbaycanın ticarət dövriyyəsi 55,4 faiz artaraq 52,69 milyard ABŞ dolları təşkil edib. Ötən il ölkənin ümumi ticarət dövriyyəsində qeyri-neft ixracının payı ilk dəfə olaraq 12,3 faiz artaraq 3 milyard ABŞ dollarını keçib. Cari ildə isə bu rəqəmin 3,4-3,5 milyard dollara çatacağı gözlənilir. 

Yeri gəlmişkən, Azərbaycanda 2026-cı ilə qədər olan dövrü əhatə edən yeni milli ixrac strategiyasına əsasən, ixrac poten­sialı olan 100-dən çox məhsul müəyyən edilib. Onların yeni və mövcud bazarlara çıxarılması üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Qeyri-neft sektorunda artım, əsasən, turizm, nəqliyyat, kompüter və informasi­ya xidmətlərinin ixracı hesabına baş ve­rib. Bununla belə, COVID-19 pandemiya­sının təsirinin davam etməsi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycana da həssas sektorlardan biri olan turizmin inkişafına mənfi təsir göstərir. Belə ki, əgər pandemiyadan əvvəlki 2019-cu ildə Azərbaycana 3 milyon nəfərdən çox turist gəlmişdisə, 2020-ci ildə bu axın 4-5 dəfə azalıb. Bu sahədə əvvəlki göstəriciyə çat­maq üçün turizm sektorunun qarşısında ciddi vəzifələr durur. Postpandemiya döv­ründə aviareyslərin sayının artırılması, sərnişin daşınması üçün məhdudiyyət­lərin aradan qaldırılması və sərhədlərin açılması isə turizm sektorunda canlanma­ya səbəb olacaq. 

 

“Xalq qəzeti”

İqtisadiyyat