Qarabağda fərdi sahibkarlığa maraq artır

post-img

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağ-mədən sənayesi, metallurgiya, yaradıcı sənaye, yeyinti sənayesi, trikotaj, turizm, aqrar və yaşıl enerji kimi sahələrin böyük inkişaf potensialı var. Ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, yeni infrastrukturun yaradılması istiqamətində görülən işlər bu ərazilərdə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar yaradır. 

2022-ci ildə işğaldan azad edilmiş rayonlarımızda 2157 yeni fərdi sahib­karlıq subyektləri yaradılıb. Dövlət Sta­tistika Komitəsinin hesabatına əsasən, ötən il azad edilmiş rayonlarda 797 yeni iş yeri açılıb. Hesabat ilində Qara­bağ və Şərqi Zəngəzurda 101 yeni ya­radılan müəssisə və təşkilat fəaliyyətə başlayıb. 

Xatırladaq ki, 2022-ci ildə ən çox yeni iş yerləri və fərdi sahibkarlıq subyektləri Ağdam rayonunda yaradı­lıb. Belə ki, ötən il bu rayonda 184 yeni iş yeri açılıb, 775 fərdi sahibkarlıq sub­yekti qeydiyyata alınıb. 

 

“Xalq qəzeti”

İqtisadiyyat